AZ

Binyamin Netanyahu İsrail “Mossad”ını belarusa etibar etdi

İsrail Baş naziri Binyamin Netanyahu hərbi katibi Roman Qofmanı Mossad xarici kəşfiyyat xidmətinin rəhbəri təyin etmək qərarına gəlib.

O, beş illik səlahiyyət müddəti 2026-cı ilin iyun ayında başa çatan David Barneanın yerinə keçəcək.
Baş nazir bildirib ki, Qofman İsrail üçün “ən çətin dövrdə” ona yoldaşlıq edib və “cəsarət, məsuliyyət və nadir peşəkar bacarıq nümayiş etdirib”. Netanyahunun mətbuat xidməti onun sözlərini sitat gətirib: “Mən ona qarşıdakı illərdə “Mossad”a rəhbərlik edəcəyinə tam etibar edirəm və David Barneaya sədaqətli xidmətinə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Roman Qofman 1976-cı ildə Belarusda anadan olub. O, 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə mühacirət edib. O, İsrail Müdafiə Qüvvələrində (İMQ) bir sıra yüksək vəzifələr tutub, o cümlədən 75-ci Batalyon, 7-ci Zirehli Briqada və Etzion Briqadasının komandanlığı vəzifələrini icra edib. 2024-cü ilin may ayında Hərbi Katib vəzifəsini öz üzərinə götürüb.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr