AZ

Seymur Orucov növbəti dəfə vətəndaş qəbulu keçirdi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. 

"Unikal" xəbər verir ki, Pirili kəndində Folklor klubu və Sadıqlı kəndində tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər. 

Səyyar qəbullarda RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda mütəmadi olaraq keçirilən vətəndaşların səyyar qəbulları yerlərdə sakinləri maraqlandıran və narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmağa, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, hər bir şəxs yaşadığı ünvanı tərk etmədən mobil cihazları ilə vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına da daxil olmaqla Ağstafa Rayon İcra Hakimiyyətinə istənilən məzmunlu müraciətini ünvanlaya bilər.

Öz növbəsində vətəndaşların müxtəlif məzmunlu müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq göstəriş və tövsiyələr verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
unikal.az

3Mənbələr