Rusiya, Neftekamsk şəhərində məhkəmə icraçıları bir qadının mənzilini 70 heyvan və bir qarğadan təmizləyib.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, qadından 40 pişik, 30 it və bir kələm məcburi şəkildə götürülüb.
Yerli sakinlər gecə boyu heyvanların səsini eşitdiklərini və binada xoşagəlməz iy yayıldığını bildirirdilər. Qadına may ayında mənzili təmizləməsi üçün məhkəmə tərəfindən göstəriş verilmişdi, lakin o, qanuni tələbə əməl etməmişdi.
Məhkəmə icraçıları tərəfindən mənzil təmizlənib, heyvanlar sığınacaqlara yerləşdirilib, qarğa isə azad buraxılıb.
Nuriyyə NATİQQIZI