Serbiya Futbol İttifaqı milli komandanın baş məşqçisi Velko Paunoviçin müqaviləsinin uzadıldığını açıqlayıb.
QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə 2030-cu il ilin dekabrına qədər sözləşmə imzalanıb.
Serbiyalı məşqçi bu ilin yayından millinin baş məşqçisi təyin edilib.
Qeyd edək ki, Serbiya millisi DÇ-2026-nın seçmə mərhələsində qrupu 13 xalla üçüncü pillədə tamamlayıb və final mərhələsinə vəsiqə qazana bilməyib.