AZ

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir

Tbilisi, 4 dekabr, AZƏRTAC

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-də Gürcüstana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində E.Əmrullayev gürcü həmkarı Givi Mikanadze və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər dekabrın 5-də başa çatacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
79
2
azertag.az

3Mənbələr