Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“2026-cı ildə bahalaşma riski ilk növbədə idxaldan asılı olan məhsullarda daha çox hiss oluna bilər. Çünki beynəlxalq bazarlarda daşınma xərclərinin yenidən artması, regional logistik gərginliklər və neftin qiymətindəki mümkün oynaqlıq idxal inflyasiyasını gücləndirir”.Bunu iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, ən çox təsir olacaq kateqoriyalardan biri ərzaq məhsullarıdır:“Xüsusilə un və un məmulatları, yağlar, şəkər, düyü və digər strateji məhsullar. Bu məhsulların həm istehsal, həm də daşınma xərcinin artması pərakəndə bazara təzyiq yaradır. Digər risk qrupu enerji daşıyıcılarıdır. Qaz və elektrik tariflərində baş verə biləcək dəyişikliklər həm istehlakçı, həm də istehsalçı xərclərini artıraraq ümumi qiymət səviyyəsinə təsir göstərə bilər. Yanacaq qiymətindəki mümkün artım logistika xərclərini yüksəldərək bütün sektorlar üzrə bahalaşmaya yol aça bilər. Tekstil, məişət texnikası və elektronika kimi məhsullarda isə dünya bazarında istehsal materiallarının bahalaşması və valyuta məzənnəsinin dəyişməsi lokal qiymətlərə təsir edə bilər. 2026-cı ildə bahalaşma ən çox ərzaq, enerji, yanacaq, kənd təsərrüfatı məhsulları və elektronika bazarlarında hiss oluna bilər”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.