AZ

ABŞ Cənubi Afrika əvəzinə Polşanı G20 sammitinə dəvət edib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Vaşinqtonun tənqidi fonunda növbəti görüşdə Cənubi Afrikanın yerini Polşa tutacaq

ABŞ Polşanı 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək növbəti G20 sammitinə dəvət edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” dekabrın 4-də məlumat yayıb .

Məqalədə deyilir: “Dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ Polşanı Cənubi Afrikanın əvəzinə G20 sammitində iştiraka dəvət edir”.

Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar 1989-cu ildə Varşava Müqaviləsi Paktından çıxdıqdan sonra Varşava ilə uğurlu əməkdaşlığa istinad edərək Polşa ilə tərəfdaşlığını yüksək qiymətləndirir.

Rubio hesab edir ki, bir vaxtlar “Dəmir pərdə” arxasında qalan ölkə indi dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və "Böyük İyirmilik”də öz layiqli yerini tutacaq".

Polşa çoxdan G20-də iştirak etmək niyyətində idi və bu ilin sentyabrında ABŞ Prezidenti Donald Tramp Karol Navroçkini sammitə “müəyyənləşdirilməmiş formada” dəvət edib. Pretoriyanın ölkədə ağdərililərin hüquqlarını pozması ilə bağlı Vaşinqtonun tənqidi fonunda növbəti görüşdə Cənubi Afrikanın yerini Polşa tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr