AZ

İraqdan “Hizbullah” və husilərə ağır zərbə

İraq hökuməti Livanın "Hizbullah" və Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına məxsus daşınar və daşınmaz əmlakların “terror aktlarında iştirak etdikləri” əsas gətirilərək dondurulması barədə qərar qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, sözügedən qərar İraqın rəsmi qəzetində, “Vakayi İraqiyə”də dərc olunub.İraq Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Terrorçuların Əmlaklarının Dondurulması Komitəsinin 17 noyabr 2025-ci il tarixli qərarı, 19 mart 2025-ci ildə Pul yuma və terrorun maliyyələşdirilməsi ilə mübarizə idarəsi tərəfindən təqdim olunan hesabat əsasında qəbul edilib.

Qərar 2015-ci ildə qüvvəyə minmiş 39 saylı “Pul yuma və terrorun maliyyələşdirilməsinə qarşı mübarizə” Qanunu və “Terrorçuların Əmlaklarının Dondurulması Sistemi”nin müvafiq maddələrinə əsaslanır.

Komitənin yazılı açıqlamasında bildirilir ki, 2025-ci ilə aid 61 saylı qərar və onun 17 noyabr 2025-ci il tarixində “Vakayi İraqiyə” qəzetinin 4848-ci sayında dərc olunmasına istinadla, bu qərar Malayziya dövlətinin tələbi və BMT Təhlükəsizlik Şurasının 1373 (2001) saylı qətnaməsi çərçivəsində qəbul olunub.

Qərar İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli bir sıra şəxs və qurumların əmlaklarının dondurulmasını nəzərdə tutur. Qeyd olunub ki, siyahıya adıçəkilən iki təşkilatla (“Hizbullah” və“Ənsar Allah”) heç bir terror fəaliyyəti olmayan bəzi partiya və qurumlar da daxil edilib. İraq tərəfinin razılığı yalnız İŞİD və “Əl-Qaidə” ilə əlaqəli şəxslərə və qurumlara yönəlib.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr