AZ

Litva qəbul etmədiyi miqrantlara görə kompensasiya ödəməli olacaq

Bakı. Trend:

Litva Avropa İttifaqının miqrasiya paktı çərçivəsində qəbuletməkdən imtina etdiyi qanunsuz miqrantlara görə 2027-ci ildəkompensasiya məbləği ödəməli olacaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxiliİşlər Nazirliyi bəyanat yayıb.

“Miqrantların həmrəylik mexanizmi çərçivəsində qəbulu 2026-cıilin iyununda başlayacaq. Qəbulunu məqsədəuyğun saymadığımızqanunsuz miqrantlara görə isə 2027-ci ildə ödəniş həyatakeçirəcəyik. Bu maddə dövlət büdcəsində nəzərdə tutulacaq”,- deyəməlumatda qeyd olunub.

Litva qanunsuz miqrantların yalnız bir hissəsini qəbul etməkqərarına gəlib və kvotanı 40 nəfərə endirmək üçün danışıqlaraparmağa çalışacaq. Vilnüs digər qanunsuz miqrantların qəbulundanimtina etdiyi halda kompensasiya ödəməyə razıdır.

Məqalədə:
Seçilən
41
1
az.trend.az

2Mənbələr