AZ

VPN-ləri bloklamaq üçün bu üsula əl atıldı

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") VPN-ləri daha effektiv bloklamaq üçün təhlükənin azaldılması texnologiyası parametrlərini yeniləyib.

Publika.az RBC-yə istinadən xəbər verir ki, bu barədə xidmətdəki mənbələr bildirib.

Qeyd edək ki, VPN internet trafikini şifrələyən və istifadəçinin yerini gizlədən texnologiyadır. Məlumat anonimliyi təmin edərək uzaq serverdən keçir.

Söhbət "Roskomnadzor"un ölkə daxilində telekommunikasiya operatorlarının şəbəkələrində quraşdırdığı xüsusi avadanlıqdan gedir. Onun köməyi ilə agentlik DDoS hücumları kimi xarici təhlükələrə qarşı uğurla mübarizə aparır və qadağan olunmuş internet saytlarına girişi məhdudlaşdırır.

Seçilən
89
publika.az

1Mənbələr