ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Rabitə naziri, İraq-Azərbaycan Dövlətlərarası birgə Komissiyanın sədri Hayam əl-Yasiri Bakıdakı Bibiheybət məscid-kompleksini ziyarət edib.
Reyting.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev ziyarətgahın tarixi barədə xanım nazirə ətraflı məlumat verib. Bildirib ki, imam Museyi-Kazımın qızı Fatimeyi Suqra-Həkimə xanımın dəfn olunduğu bu ziyarətgahda XIII əsrdə Şirvanşahlar dövlətinin hökmdarı Əbü-l-Fəth Fərruxzadın göstərişi ilə məscid inşa edilib.
Sovetlər hakimiyyətinin dinə qarşı mübarizəsi ilə bağlı 1936-cı ildə məscid uçurdulub. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başladıqdan sonra məscid-ziyarətgahın bərpa olunması barədə göstəriş verib. Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ərazidə məscid-ziyarətgah kompleksi yaradılıb.
İraq Respublikasının Rabitə naziri Hayam-əl-Yasiri ərazidə aparılan işləri yüksək qiymətləndirib, iki dost və qardaş ölkənin sabitliyi, gələcək inkişafı üçün dualar edib.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.