ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonunda bina sakinlərinin qanunsuz özəlləşdirməsi sürücülərin narazılığına səbəb olub.
Bu barədə videonu Avtosfer.az-a göndərən avtomobil təlimçisi Arzu Babazadə bildirib ki, ərazidə yaşayanların belə davranışları sürücülərin aqresiyasını daha da artırır.
Belə ki, şəhərin Nərimanov rayonu Murtuza Nağıyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti üçün əvvəlcədən qurulan şəraitə sakinlər tərəfindən müdaxilə edilib. Binada yaşayanlardan kimsə avtomobillərin yolunun ortasına boru maneə quraşdırıb və hərəkətə maneə yaradıb. Qarşıda isə bu küçənin avtomobil yolu olduğunu təsdiqləyən və dövlət qurumu tərəfindən quraşdırılan yol nişanı da var. Buna baxmayaraq, sakinlər avtomobillərin yoldan istifadəsinə mane olmaq üçün belə üsullara əl atırlar.
Təlimçi Arzu Babazadə qeyd edib ki, daha əvvəl başqa yollarda yaranan anoloji vəziyyətlə bağlı Avtosfer.az-a video göndərdikdən sonra aidiyyəti qurumlar dərhal müdaxilə edib və problem öz həllini tapıb.
Səfər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.