AZ

Əraqçi onu Tehrana dəvət etdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçi livanlı həmkarı Yusef Racini yaxın gələcəkdə Tehrana ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün səfər etməyə dəvət edib.

Globalinfo.az xəbər verir ki, nazir livanlı həmkarına ünvanladığı məktubda Tehranın Livanın suverenliyinə sarsılmaz dəstəyini təsdiqləyib.

“Əraqçi Livanlı həmkarını ikitərəfli münasibətlərin gücləndirilməsi, həmçinin regional və beynəlxalq vəziyyətlə bağlı məsləhətləşmələrin aparması üçün İrana dəvət edib. O, Livan xalqı və hökumətinin mövcud təhlükə və çağırışların öhdəsindən uğurla gələcəyinə inandığını ifadə edib”,- bəyanatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
globalinfo.az

2Mənbələr