ain.az, Avtosfer saytına istinadən bildirir.
Ümraniyədə gecə saatlarında bir sürücünün avtomobili ilə drift edərək nəqliyyat axınını təhlükəyə atdığı anlar mobil telefon kamerasına qeydə alınıb.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 23:00 radələrində İhlamurkuyu məhəlləsinin Yaşıl Dere küçəsində baş verib. Nömrə nişanı 34 MZP 439 olan avtomobilin sürücüsü, yanındakı dostu pəncərədən çölə sallanmasına baxmayaraq, küçədə drift etməyə başlayıb.Məhəllə sakinlərinin etirazlarına məhəl qoymayan sürücü bir neçə dəqiqə ərzində təhlükəli manevrlərini davam etdirib.Hadisə anları ətrafdakı sakinlər tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkədə yayılıb./Sonxeber.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.