AZ

Makron: Beynəlxalq nizamın parçalanması riski ilə üz-üzəyik...

Fransa lideri Pekində Si Cinpinlə görüşdə qlobal sabitlik üçün dialoqun həlledici olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazır. Nəşr qeyd edir ki, Fransanın prezidenti Emmanuel Makron Pekində Çin rəhbəri Si Tsinpinlə görüşü zamanı “onilliklər boyu dünyada sabitlik təmin etmiş beynəlxalq nizamın dağılmaq riski” barədə xəbərdarlıq edib.

Makron bildirib ki, hazırkı şəraitdə Fransa ilə Çin arasında dialoq “heç vaxt olmadığı qədər vacibdir”. Onun sözlərinə görə, Paris və Pekin bir çox sahədə yaxınlaşma imkanlarına malikdir, lakin zaman-zaman yaranan fikir ayrılıqlarını “effektiv multilateralizm naminə” aradan qaldırmağı öhdələrinə götürməlidirlər.

Görüşdən əvvəlki çıxışında Si Tsinpin Makronu “multilateralizm bayrağını uca tutmağa” çağırıb və üçüncü tərəflərin Fransa–Çin münasibətlərinə təsir göstərməsinə yol verilməməli olduğunu bildirib. FT yazır ki, bu bəyanat ABŞ prezidenti Donald Tramp administrasiyasının Avropanın Çin siyasətinə təsiri ilə bağlı səsləndirilən ittihamlara üstüörtülü işarə kimi qiymətləndirilir.

Si Tsinpin görüşdə deyib: “Çin Fransa ilə əməkdaşlığı iki xalqın fundamental maraqları və beynəlxalq ictimaiyyətin uzunmüddətli mənafeyi əsasında, hər hansı müdaxilə cəhdlərini istisna etməklə davam etdirməyə hazırdır”.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr