AZ

İtaliyada helikopter qəzaya uğradı, xəsarət alanlar var

İtaliyanın Lombardiya bölgəsindəki Sondrio əyalətində helikopter qəzaya uğrayıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ölkənin yanğınsöndürmə xidməti sosial şəbəkədə məlumat yayıb ki, üç nəfər xəsarət alıb, daha bir nəfəri xilas etmək mümkün olmayıb.

“Üç zərərçəkmiş xilas edilərək tibb işçilərinə təhvil verilib”, - məlumatda qeyd olunub.

Seçilən
52
operativmm.az

1Mənbələr