Bakı. Trend:
Azərbaycan Çin Xalq Respublikasının Ciansu əyalətinin Nankinşəhərində baş tutan “Nanjing Youth Cultural Exchange Event”beynəlxalq mədəniyyət festivalında uğurla təmsil olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsinin vəAzərbaycanın Çindəki Səfirliyinin dəstəyi ilə festivalda iki stendqurulub, ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsi genişauditoriyaya nümayiş etdirilib. Stendlərdə milli geyim nümunələri,Azərbaycan xalçaları, çay mədəniyyəti, maarifləndirici posterlər vəmateriallar, tarixi abidələrimizi əks etdirən açıqcalar, Xarıbülbülvə digər tematik açarlıqlar, həmçinin nar mövzulu suvenirlərsərgilənib. Ziyarətçilərə ölkəmizə dair məlumat kitabçaları,Azərbaycan bayraqları və digər xatirə hədiyyələri təqdimolunub.
Çinin Nankin Poçt və Telekommunikasiya Universitetinin biznesinidarə edilməsi (MBA) üzrə magistri, müxtəlif mədəni tədbirlərdəAzərbaycanın fəal təmsilçisi Nilgün Quluzadə və digər azərbaycanlıtələbələr festivalda Azərbaycan haqqında təqdimatlarla çıxışediblər. Çinlilərə və digər əcnəbilərə tariximiz, mədəni irsimizhaqqında geniş məlumat veriblər.
Tədbir çərçivəsində ölkəmizlə bağlı maarifləndirici viktorinalartəşkil olunub, qaliblər mükafatlandırılıb. Yüzlərlə ziyarətçininmarağı ilə qarşılanan stendlər yerli və milli televiziyakanallarında işıqlandırılıb.
Festivalın təşkilatçıları və digər ölkələrin nümayəndələri qeydediblər ki, Azərbaycan stendləri tədbirin ən uğurlu və rəngarəngtəqdimatları sırasında olub. Onlar gələcəkdə də ölkəmizin bu kimilayihələrdə fəal iştirak etməsini arzuladıqlarını bildiriblər.