AZ

Ermənistanada II Qaraqenin ən yaxın adamı həbs edilib

Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Arxitepiskop Arşak Xaçatryan narkotik vasitələrin qanunsuz dövriyyəsi şübhəsi ilə saxlanılıb...

Poliqon xəbər verir ki, “Armtimes” nəşrinin məlumatına görə, Ermənistan Respublikasının İstintaq Komitəsi Arşak Xaçatryanın saxlanıldığını təsdiqləyib. İstintaq Komitəsi ona qarşı qrup halında satış məqsədilə narkotik dövriyyəsi maddələri ilə ittiham irəli sürüb.

Rəsmi qurum bildirib ki, aparılan ilkin istintaq çərçivəsində ona qarşı Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri ilə ictimai ittiham elan edilib.

Maddi sübutlara əsasən, o, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının satış məqsədilə qanunsuz dövriyyəsində, həmçinin bu əməli qrup halında, əvvəlcədən əlbir olaraq, əyləncə və ya tamaşa obyektində törətməkdə ittiham olunur.

İstintaq Komitəsi qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və hadisənin bütün halları araşdırılır. Rəsmi qurum əlavə məlumatların istintaqın gedişindən asılı olaraq açıqlanacağını bildirib.

Qeyd edək ki, son zamanlar arxitepiskop Arşak Xaçatryan Ermənistanın gündəmindı olub. Onun öz yaxın qohumu ilə seks videoları yayıldıqdan sonra bur qrup din xadimi katalikos II Qareqinin istefasını tələb edib.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr