Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanda atalıq məzuniyyəti ödənişli ola bilər. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdılar. Buna səbəb atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olması idi. Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliyin qəbul olunacağı təqdirdə, artıq kişilər də ödənişli əsaslarla atalıq məzuniyyətə çıxa biləcəklər. Bu, Beynəlxalq Əmək Təşkilatının tələblərindən irəli gəlir.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.