AZ

Aygün Əliyeva Özbəkistan televiziyasına müsahibə verib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanın “Vətəndaş Cəmiyyəti Həftəsi”ndə təmsil olunur.

Səfər çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Vətəndaş Cəmiyyəti Həftəsi” çərçivəsində müxtəlif tədbirlərdə iştirak və çıxış edib.

QHT.az xəbər verir ki, Aygün Əliyeva "O'zbekiston 24" televiziyasına müsahibə verib. İcraçı direktor müsahibədə iki ölkə arasındakı strateji münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi nəticəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və bu proses vətəndaş cəmiyyətləri arasında əlaqələrin güclənməsinə də ciddi təsir göstərir:

"İki ölkənin QHT-ləri arasında münasibətlərin istiləşməsi son illərdə xüsusilə nəzərə çarpır. İlk dəfə 2023-cü ildə Azərbaycan QHT-lərinin təşəbbüsü ilə Özbəkistan- Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının birinci forumu Füzuli şəhərində, Özbəkistan hökumətinin Azərbaycana hədiyyə etdiyi məktəbdə keçirilib. 2024-cü ildə isə Özbəkistan QHT-lərinin təşəbbüsü ilə ikinci forum Daşkənddə baş tutub. Qardaş ölkələr arasında vətəndaş cəmiyyəti əməkdaşlığının institusional səviyyədə möhkəmlənməsi regional həmrəyliyə, sosial layihələrin genişlənməsinə və humanitar əlaqələrin dərinləşməsinə mühüm töhfə verir".

Seçilən
24
qht.az

1Mənbələr