Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.