AZ

Ferstappen ən güclü saydığı beş pilotun adını açıqladı

“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen “Formula-1” tarixinin ən yaxşı beş pilotunun adını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, o, ilk “5-liy”ə yeddiqat dünya çempionları Lüis Hemiltonla (Ferrari) Mihael Şumaheru, həmçinin bu titulu 5 dəfə qazanan Xuan Manuel Fanxionu, üçqat çempion Ayrton Sennanı və ikiqat dünya çempionu Fernando Alonsonu (Aston Martin) salıb.

Xatırladaq ki, 2015-ci ildən bəri dünya çempionatında çıxış edən Ferstappen indiyə qədər dörd dəfə dünya çempionu olub.

“Formula-1” ilə bağlı daha bir maraqlı xəbər var. “Maklaren”in pilotu Lando Norris Las-Veqas “Qran-pri”sindən sonrakı müsahibə zamanı söyüş söydüyünə görə Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən 59 min dollar cərimələnib. Britaniyalı pilot yarışdan sonra müsahibə zamanı ilk döngədə “Red Bull” pilotu Maks Ferstappenə uduzduğunu təsvir edərkən etikadan kənar ifadələr işlədib.

Norris Las-Veqasda finişə ikinci çatsa da, sürüşmə lövhəsindəki həddən artıq aşınmaya görə diskvalifikasiya edilib. Ferstappen qalib gəlib, “Mersedes” pilotu Corc Rassell Norrisin diskvalifikasiyasından sonra 2-ci, onun komanda yoldaşı Kimi Antonelli 3-cü yeri tutub.

Seçilən
59
1
football-plus.az

2Mənbələr