AZ

Millilərimiz beynəlxalq turnirdə iştirak edəcək

U-16 oğlan və qız basketbol millilərimiz Belarusun paytaxtı Minskə səfər ediblər.

"Football-plus.az" xəbər verir ki, komandalar burada Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə iştirak edəcək. Yarış 2009-cu il təvəllüdlü və daha gənc basketbolçuları bir araya gətirir. Turnirdə Azərbaycan milliləri ilə yanaşı, ev sahibi Belarusun yığmaları, eləcə də Qazaxıstan və Rusiya komandaları mübarizə aparacaq.

Beynəlxalq turnir dekabrın 5-dən 7-dək davam edəcək.

Seçilən
4
1
football-plus.az

2Mənbələr