AZ

"Mbappe 100 faiz "Qızıl Top"u qazanacaq" - Sneyderdən iddialı sözlər

Niderland futbolunun əfsanələrindən Uesli Sneyder Fransa mediasına müsahibəsində Kilian Mbappenin 2026-cı ildə "Qızıl Top"un yeni sahibi olacağına tam şəkildə inandığını bildirib.

Fanat.Az xəbər verir ki, sabiq yarımmüdafiəçi belə deyib:

“Qızıl Top"u 2026-cı ildə Kilian Mbappe qazanacaq. Buna 100 faiz əminəm. O, həm istedaddır, həm də liderlik baxımından zirvədədir. Yaşı az olsa da, artıq böyük futbolun əvəzolunmazlarındandır”.

Sneyder əlavə edib ki, Mbappe həm klub, həm də milli komanda səviyyəsində ardıcıl şəkildə fərq yaradır və yaxın illərdə hansısa futbolçunu ona ciddi rəqib görmür.

Kamil Xudiyev

Seçilən
3
1
fanat.az

2Mənbələr