AZ

Hepatit A Çexiyada 40 ilin rekordunuQIRDI

Çexiyada hepatit A xəstəliyinin artması fonunda Rospotrebnadzor bu ölkədən gələn bütün rusiyalıları hepatitə görə test etməyə başlayıb. Hazırda epidemiyaya qarşı sərhəddə və Rusiyada profilaktik tədbirlər görülür. Alimlər yüksək texnologiyalı testlər hazırlayıblar ki, A və E hepatit viruslarını tez bir zamanda aşkarlasın.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, Çexiyada hepatit A-nın yayılması son 40 ilin ən yüksək səviyyəsinə çatıb; 2025-ci ildə 32 nəfər həyatını itirib. Sanitar tədbirlər gücləndirilib, ictimai nəqliyyat qapıları avtomatik açılır və düymələr, tutacaqlar dezinfeksiya olunur.

Bundan əvvəl Rospotrebnadzor dünyada ilk dəfə hepatit C virusunu 25–30 dəqiqəyə müəyyən edən ekspress-test hazırlayıb. Test LAMP texnologiyasına əsaslanır və diaqnostikanı sürətləndirir. Bundan əlavə, təhlükəli qaraciyər xəstəliyinin erkən diaqnostikası üçün yeni biomarker aşkar edilib.

Xədicə BAXIŞLI

Seçilən
102
1
redaktor.az

2Mənbələr