AZ

Moldova Aİ və ABŞ ilə birlikdə reinteqrasiya planı hazırlayır

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Moldovanın Baş nazirinin reinteqrasiya üzrə müavini Valeriu Kiveri ölkəsinin Avropa İttifaqı (Aİ) və ABŞ ilə birlikdə reinteqrasiya strategiyası üzərində intensiv işlədiyini bildirib. Onun sözlərinə görə, planın detalları hələlik açıqlanmır, çünki həssas məsələlərdə ehtiyatsızlıq yekun nəticəyə zərər vura bilər.

Nazir müavini hökumət iclasından sonra “NewsMaker”-ə açıqlamasında qeyd edib: “Reinteqrasiya strategiyası üzərində aktiv işləyirik. Lakin həssas məsələlərdə bütün addımları real vaxtda açıqlamaq mümkün deyil. Bu proses düzgün planlanmalı və zamanında nəticələr cəmiyyətə təqdim edilməlidir.”

Jurnalistlərin “Dnestryanı münaqişəsinin həllinin Rusiya–Ukrayna sülh danışıqları ilə paralel müzakirəsi mümkündürmü?” sualına cavabında Kiveri bildirib ki, bu yanaşma yalnız regional təhlükəsizlik kontekstində qəbul oluna bilər.

O vurğulayıb ki, Moldova heç bir halda ümumi “münaqişələrin həlli paketinə” qoşulmaq niyyətində deyil: “Regional təhlükəsizlik məsələlərini müzakirə etmək olar, lakin bu, yalnız Rusiyanın regiondan qoşunlarını çıxarması ilə bağlı ola bilər. Münaqişənin həlli isə dialoq yolu ilə aparılmalıdır və bu dialoqda Tiraspolun iştirakı vacibdir.”

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr