AZ

İtaliyada helikopter qəzası

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyanın Sandoria əyalətində helikopter qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu səhər Le-Preza yaşayış məntəqəsi yaxınlığında yaşanıb.

Nəticədə 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.

Xilasedicilər hadisə yerinə gələrkən helikopterdə olanların hamısı sağ imiş. 29 yaşlı Tommazo Dias Ledesma  xəstəxanaya aparılarkən yolda keçinib, digərləri həkim nəzarəti altındadır. Ümumilikdə, xilasetmə işlərində 118 nəfərin iştirak etdiyi bildirilir.

İtaliya mətbuatının yazdığına görə, pilot dəfələrlə Everestdə xilasetmə işlərində iştirak etmiş təcrübəli Maurisio Folini imiş. 

Qeyd edək ki, qəzaya səbəb kimi nəqliyyat vasitəsinin pərinin qayaya toxunması göstərilir. Məhz bu üzdən idarəetmədə çətinlik yaranıb və eniş xeyli sərt alınıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
525.az

1Mənbələr