Fransa parlamentinin aşağı palatası Gürcüstanın hakim partiyasının siyasətini tənqid edən qətnamə qəbul edib.
Qətnamədə “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və onun ən yaxın tərəfdarlarına qarşı sanksiyalar tətbiq edilməsi tələb olunub.
Fransa Milli Assambleyası da Gürcüstandakı siyasi vəziyyətdən narahatlığını ifadə edərək, Aİ-nin “siyasi məhbus” adlandırdığı bir neçə siyasətçinin azadlığa buraxılmasının vacibliyini qeyd edib.
//Samir Qurbanov, Editor.az