AZ

Insan immunçatışmazlığı virusu ilə yoluxdurmaya görə, hansı cəza tətbiq olunur?



AR Cinayət Məcəlləsinin 140-cı maddəsinə əsasən bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma- 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması-
2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2 və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma-
5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma- 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Seçilən
22
1
newscenter.az

2Mənbələr