Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə Qara dəniz hövzəsində potensial təhdidlərin qarşısını almaq üçün donanma və hava qüvvələrindən istifadə edərək kəşfiyyat əməliyyatları aparır.
Görülən tədbirlər dəniz zonalarımızın, vacib sualtı və yerüstü strukturlarımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır – Türkiyə Müdafiə Nazirliyi bildirib. Nazirlik həmçinin təhlükəsizliyin regional məsuliyyət prinsipi çərçivəsində təmin edildiyini vurğulayıb.
Bundan əlavə, nazirlik qeyd edibi ki, Türkiyə donanma və hava qüvvələrindən istifadə etməklə yanaşı, Qara dəniz əməliyyatlarında Mina ilə Mübarizə Qrupunu da cəlb edir.
//Samir Qurbanov, Editor.az