AZ

"Neftçi"nin ulduzundan gözlənilməz açıqlama - “Çempion etsin, görək!”

Hazırda “Neftçi”nin şərəfini qoruyan ulduz hücumçu Vensan Abubakar Türkiyə mediasına verdiyi son açıqlaması ilə yenidən gündəmə düşüb.

Fanat.Az xəbər verir ki, kamerunlu futbolçu keçmiş dövrə dair səsləndirdiyi fikirlərlə böyük rezonans yaradıb.

Abubakara yönəldilən “Sərgən Yalçını sevirsənmi?” sualından sonra futbolçu çempion olduqları mövsümü xatırladaraq belə deyib:

“Çempion olduğumuz dövrdə o böyük işi bacaran və çempionluğu qazanan biz futbolçular idik. O kuboku meydanda mübarizə edən oyunçu qrupu aldı.”

Tanınmış hücumçu daha sonra bu günlə keçmişi müqayisə edərək diqqətçəkən sözlər deyib:

“İndi isə eyni məşqçidir, üstəlik hazırkı heyətdə o dövrlə müqayisədə daha böyük adlar var. İndi ki, elədir, qoy indi də çempion etsin, görək.”

Bu açıqlamalar qısa müddətdə sosial mediada geniş yayılıb. Bir çox azarkeş, Abubakarın bu sözlərinin həm əvvəlki dönəmə, həm də hazırkı vəziyyətə dolayı mesaj olduğunu düşünür.

Kamil Xudiyev

Seçilən
62
1
fanat.az

2Mənbələr