AZ

Ucuz ətin şorbası... Bakının riskli ərazilərində daşınmaz əmlak haqda ciddi xəbərdarlıqlar gündəmə gəlib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illərdə Bakı şəhərində daşınmaz əmlak almaq istəyənlərə yönəlik ciddi xəbərdarlıqlar gündəmə gəlib. Ekspertlər bildirir ki, bəzi rayon və ərazilər geoloji, hüquqi və infrastruktur baxımından ev sahibi olmaq üçün əlverişli deyil.

Bildirilir ki, bu ərazilərdən biri də Binəqədi rayonudur. Çünki qanunsuz tikilmiş, sənədsiz evlər mövcuddur və bu evlər “çıxarış”olmadan satılır. Bu tip evlərə dövlət tərəfindən sənədləşmə və ya leqallaşdırma demək olar ki, mümkün deyil, hətta bir çox hallarda söküntü riski realdır.

Adı çəkilən ərazilərdən biri də Bayıl yamacıdır. Bölgə geoloji baxımdan sürüşmə və torpaq stabil olmaması riski daşıyır. Tarix boyu burada zəlzələlər, sürüşmə hadisələri baş verib. Eyni zamanda bəzi digər yamac və yüksək relyef zonaları məsələn, Badamdar ərazisi də uzun müddətdir sürüşmə riski daşıdığı üçün yaşayış üçün risk hesab edilir.

Ekspertlər deyir ki, ucuz qiymətə ev almaq istəyənlər "yaxşı fürsət" düşüncəsində olarkən, əslində özlərini riskə atmış olurlar. Sənədsiz evlər, sürüşmə zonaları və zəif infrastrukturlu ərazilər uzunmüddətli investisiya baxımından ciddi problemlər doğura bilər.

Bakıda ucuz ev axtarışı bəziləri üçün cəlbedici görünə bilər. Lakin “ucuz” həmişə “təhlükəsiz” demək deyil. Qanunsuz tikililər, sürüşmə zonaları və zəif infrastrukturlu ərazilər uzunmüddətli perspektivdə ailələr üçün ciddi problemlər doğura bilər. Ev almaq istəyənlər həm bazarı, həm sənədləri, həm də ərazinin geoloji və hüquqi durumunu diqqətlə araşdırmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
icma.az

1Mənbələr