AZ

“Bəzi ölkələrdə restoranlarda servis haqqı qadağan olunandan sonra personalın maaşı artır, bonus sistemi tətbiq edilir”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə hökuməti restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Ticarət Nazirliyi yeni qaydalara əsasən müəssisələrin menyuda əvvəlcədən göstərilməyən xidmət, süfrə və digər əlavə ödənişləri tələb etməsinə icazə verməyəcək. Müştəri yalnız menyuda olan qiymətə əsasən ödəniş edəcək. “Çay pulu” kimi könüllü ödənişlər isə istisnadır. Bu dəyişiklik restoranlar arasında rəqabəti artırmaq və müştəri hüquqlarını qorumaq məqsədi daşıyır. Bu qayda, müştərilərə keyfiyyətli xidmət göstərmək üçün restoranlar arasında rəqabəti artıracaq. Tənzimləmə dəyişikliyi ilə restoranlar, kafelər, şirniyyat evləri və bu kimi qida və içki xidməti müəssisələri artıq öz menyularına xidmət, süfrə rüsumları və ya hər hansı digər ödənişləri qeyd edə bilməyəcək. Bu da o deməkdir ki, istehlakçılar yalnız istehlak etdikləri qida və içkilərin pulunu ödəyəcəklər.Servis haqqının qadağan olunması restoranların xidmət keyfiyyətinə necə təsir edə bilər?Qida sektorunda bu cür tənzimləmələr beynəlxalq təcrübədə necə tətbiq olunur?Azərbaycanda bu cür güclü rəqabət mühitinin formalaşması hansı vəziyyətdədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına qida eksperti Fərid Səfərov bildirib ki, servis haqqı olmayanda restoranlar gəliri birbaşa satışdan qazanır: “Rəqabət xidmət üzərində qurulacaq. Servis haqqı olmayanda restoranlar gəliri birbaşa satışdan qazanır. Bu, onları daha çox müştəri məmnuniyyətinə fokuslanmağa, personalı daha yaxşı hazırlamağa, xidmət proseslərini optimallaşdırmağa məcbur edir. Müştəri məmnuniyyəti artır. Müştəri nə ödədiyini şəffaf şəkildə bilir. Gözlənilməz xərclər olmadığı üçün müştəri narazılığı azalır, təkrar gəlmə ehtimalı artır. Personal motivasiyası optimallaşa bilər. Bəzi ölkələrdə restoranlar servis haqqı qadağan olunandan sonra personalın maaşını artırır, bonus sistemi tətbiq edir. Bu, xidmət keyfiyyətinə davamlı təsir göstərir. Əgər restoranlar servis haqqı əvəzində maaş və ya bonus sistemini yaxşılaşdırmasa xidmət səviyyəsində müvəqqəti eniş ola bilər. Servis haqqı ləğv ediləndə bəzi obyektlər qiymətləri artırmaqla bunu kompensasiya etməyə cəhd edə bilər. Bu, düzgün idarə olunmasa müştəri etimadına təsir edə bilər”.

Fərid Səfərov

Fərid Səfərov vurğulayıb ki, menyuda göstərilməyən heç bir ödənişi tələb etmək olmaz: “Çox ölkədə (Almaniya, Fransada, İtaliyada) menyuda göstərilməyən heç bir ödənişi tələb etmək olmaz. “Service charge” varsa, menyuda aydın qeyd edilir. Bir çox yerdə servis haqqı ümumiyyətlə tətbiq olunmur”.

Fərid Səfərovun sözlərinə görə “Brend” restoranlar və şəbəkələr keyfiyyəti artırmağa məcburdur: “Bu tənzimləmə əslində rəqabətin daha sağlam şəkildə artmasına şərait yaradır. Son illərdə restoran sayı xeyli artıb: yerli, türk, Avropa və dünya mətbəxləri üzrə. “Brend” restoranlar və şəbəkələr keyfiyyəti artırmağa məcburdur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr