ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Avropa İttifaqı ilə Qazaxıstan vizaların sadələşdirilməsi ilə bağlı danışıqlara başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antoniu Koşta Kasım-Jomart Tokayevlə görüşdən sonra məlumat verib.
“Bu həftə Brüsseldə vizaların sadələşdirilməsinə dair saziş üzrə danışıqlara start verdik. Bu danışıqların həm Qazaxıstan, həm də Avropa vətəndaşları üçün nə qədər vacib olduğunu anlayıram”, – deyə Koşta bildirib.
Onun sözlərinə görə, saziş imzalandıqdan sonra vətəndaşlar qarşılıqlı səfərləri, təhsil, biznes və investisiya fəaliyyətlərini daha asan həyata keçirəcəklər. O, bu sənədi “xalq diplomatiyasının simvolu” adlandırıb.
Prezident Tokayev isə bildirib ki, tərəflər iqtisadi tərəfdaşlıq çərçivəsində ticarət, investisiyalar və Transxəzər (Orta) nəqliyyat dəhlizinin inkişafı da daxil olmaqla geniş mövzuları müzakirə ediblər. Qazaxıstan Avropa İttifaqının Mərkəzi Asiya üçün nəqliyyat, energetika və rəqəmsal texnologiyalar sahəsində nəzərdə tutulan 12 milyard avroluq investisiya paketini dəstəkləməyə hazır olduğunu bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.