AZ

Visa Suriyada işə başlayacaq » AzadMedia.az


Visa ölkədə ödəniş sisteminin işə salınması üçün Suriya Mərkəzi Bankı ilə razılığa gəlib

Amerika şirkəti Visa, Ərəb Respublikası ərazisində ödəniş sisteminin işə salınması üçün Suriya Mərkəzi Bankı ilə razılığa gəlib. Şirkətin açıqlamasına görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılmasına imkan verən yol xəritəsini təsdiqləyiblər.

İlkin mərhələdə etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun yaradılması üçün lisenziyalı maliyyə qurumları ilə əməkdaşlıq aparılacaq. Bu işə ödəniş kartlarının buraxılması və rəqəmsal cüzdanların tətbiqi daxildir.

Noyabr ayında Beynəlxalq Valyuta Fondunun missiyası Dəməşqə səfər edib. BVF ödəniş sisteminin modernləşdirilməsinə, eləcə də ölkənin Mərkəzi Bankının aşağı inflyasiyaya yönəlmiş siyasət həyata keçirmək potensialının bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Elə həmin ay ABŞ respublikaya münasibətdə sanksiyaların və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını elan edib.

Vaşinqton 2024-cü ilin sonunda Bəşər Əsəd rejiminin devrilməsindən və Əhməd əş-Şaraanın rəhbərlik etdiyi müvəqqəti hökumətin hakimiyyətə gəlməsindən sonra Suriya ilə münasibətləri tənzimləməyə başladı.
Seçilən
75
3
azadmedia.az

4Mənbələr