AZ

Putindən Krımla bağlı suala gözlənilməz reaksiya

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin “India Today” telekanalında hindistanlı jurnalistin ona Krım haqda sualını verdikdən sonra gülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə telekanal məlumat  paylaşıb.

Müsahibi dövlət başçısından soruşub ki, “Krımın ilhaqı” qərarının səbəbi Sevastopoldakı liman olub? Putin cavabında gülüb və izah edib ki, limanı ələ keçirməyə ehtiyac yoxdur, çünki o, Ukrayna ilə razılaşmaya əsasən Rusiyada qalır.

“Və biz Krımı ilhaq etməmişik. Mən bu məqamı vurğulamaq istəyirəm. Biz sadəcə olaraq öz həyatlarını və taleyini Ukraynada çevriliş edənlərlə bağlamaq istəməyən insanlara kömək etməyə gəlmişik”, – Prezident əlavə edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
globalinfo.az

1Mənbələr