Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin siyasətində baş verən inkişaflar sadəcə daxili partiya seçkilərinin nəticəsi deyil; həm də ölkənin gələcəyinin, yeni bir dövrün başlanğıcının güclü bir əlamətidir. Sıla Usar İncirlinin Cümhuriyətçi Türk Partiyasının yeni sədri seçilməsi, ŞKTC-nin uzunmüddətli qadın baş nazirə hazırlaşdığının ən konkret göstəricisidir".
Bu barədə Bizimyol.info xəbər portalına jurnalist Sərdar Şəngül danışıb. Cümhuriyətçi Türk Partiyasının son zamanlar artan tempini vurğulayan Sərdar Şəngül qeyd edib ki, CTP-nin namizədi Tufan Ərhürmanın prezident seçkilərindəki güclü performansı və cəmiyyətin əhəmiyyətli bir təbəqəsindən aldığı dəstək artıq dəyişiklik istəyinin əlaməti idi.
Sərdar Şəngül
“Bu dəyişiklik istəyi daxili partiya demokratiyası ilə yanaşı yeni bir vizyon qazandı. Sıla Usar İncirlinin sədr seçilməsi həm təmsilçilik, həm də liderlik baxımından ŞKTC Türk siyasətində əhəmiyyətli bir dönüş nöqtəsini təmsil edir”-deyə Sərdar Şəngül vurğulayıb.
Jurnalist qeyd edib ki, yeni liderin profili cəmiyyətdə əks-səda doğurub: “Sıla İncirli sadəcə siyasətçi deyil; səhiyyə sahəsindəki güclü təcrübəsi, ictimai nüfuzu, mövqeyi və açıqlamaları ilə gələcəkdə baş nazir vəzifəsini tutmaq qabiliyyətinə malikdir. Bu da o deməkdir ki, biz ŞKTC-də qadın liderlərin daha görünən və təsirli olacağı bir dövrə doğru irəliləyirik. Cəmiyyətin buna hazır olduğunu görmək çox dəyərlidir”.
ŞKTC-nin vizyonunun, həm də kadrlarının gücləndiyini qeyd edən Şengül bildirib ki, bugünkü nəticə yalnız ŞKTC-nin daxili dinamikasını deyil, həm də ŞKTC-nin siyasi istiqamətini formalaşdırır: “Əgər ölkə Erhürmanın prezidentliyi dövründə yeni bir səhifə açsa, hökumətdə güclü, hazırlıqlı və uzunmüddətli qadın baş nazirin olması artıq sürpriz olmayacaq. Biz bu prosesi yaxından izləyirik”-deyə Sərdar Şəngül bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.