Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov FransanınAvropa işləri üzrə nümayəndə naziri Benjamen Haddad iləgörüşüb.
Trend xəbər verirki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosialşəbəkəsində yazıb.
Məlumata əsasən, görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasıçərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan–Fransa münasibətlərinin mövcudməsələləri və perspektivləri, regional təhlükəsizlik çağırışları,eləcə də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədəfikir mübadiləsi aparılıb.