AZ

Yavaş yavaş tələsin, böyük səhvlərə yol verməyəcəksiniz Putin

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ciddi səhvlərdən qaçmağın yolunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “India Today” telekanalına verdiyi müsahibədə danışıb.

Dövlət başçısının sözlərinə görə, bu, tələsməmək və hərəkətləri diqqətlə planlamaqla mümkündür.

“Yavaş-yavaş tələsin, sonra böyük səhvlərə yol verməyəcəksən,” – deyə o vurğulayıb.

Putin daha əvvəl də bəyan etmişdi ki, onun şəxsi prinsipləri var. O, yalnız etməyə haqqı olan işlərə diqqət yetirir və etməməyə haqqı olmayan işlərdən çəkinir. O, geriyə baxmağın mənasız olduğunu bildirərək, keçmişdəki addımlarına görə peşman olmadığını da əlavə edib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
1
globalinfo.az

2Mənbələr