AZ

Azərbaycan-Fransa münasibətlərinin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.

Far.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində baş tutan görüşdə tərəflər Azərbaycan-Fransa münasibətlərinin cari məsələləri və perspektivləri, regional təhlükəsizlik, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Seçilən
67
far.az

1Mənbələr