“Maklaren”in pilotu Oskar Piastri komanda yoldaşı Lando Norrisə həftəsonu keçiriləcək Qətər mərhələsində dünya çempionu olmaq üçün kömək etməyəcəyini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Oskar Piastri bunu bildirib: “Bu barədə çox qısa müzakirə etdik və cavabım “yox”du. Mən hələ də Ferstappenlə xal baxımından bərabərəm, hər şey planım üzrə gedərsə, çempion olmaq üçün yaxşı şansım var. Mənim üçün əsas məsələ hər dəfə etməyə çalışdığım ən yaxşı həftəsonlarından birini keçirməyə çalışmaq və sonra başqalarının nəticəsinin necə olacağını görməkdi”.
Xatırladaq ki, ümumi təsnifatda Norris 408 xalla liderdi, “Red Bull”un pilotu Maks Ferstappen 396, Piastri 392 xala malikdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta