AZ

Tramp onları da barışdırdı

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ruanda və Konqo Demokratik Respublikasının ( Konqo DR) prezidentləri Pol Kaqame və Feliks Çisekedinin ABŞ lideri Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişi imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti afrikalı həmkarları ilə Oval kabinetdə qapalı görüş keçirdikdən sonra Ağ Evin yaxınlığındakı Sülh İnstitutunda üçtərəfli danışıqlar baş tutub və imzalanma mərasimi ilə yekunlaşıb.

“Biz onilliklərdir davam edən müharibəni yoluna qoyuruq”, – deyə Tramp sazişi şərh edərkən qeyd edib.

ABŞ lideri, həmçinin dövlətlər arasında yeni əməkdaşlıq və harmoniya dövrünün başladığını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
qafqazinfo.az

1Mənbələr