AZ

Konqo və Ruanda arasında sülh sazişi imzalandı

Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqame iki ölkə arasında sülh sazişi imzalayıblar.

Oxu.Az "Fox News" telekanalına istinadən xəbər verir ki, Mərasim Vaşinqtondakı Sülh İnstitutunda keçirilib.

Tədbirdə iştirak edən ABŞ lideri Donald Tramp bildirib ki, saziş daimi atəşkəsi, qeyri-dövlət silahlı qüvvələrinin tərksilah edilməsini, qaçqınların öz evlərinə qayıtmasını və "qanunsuz cinayətlərə" qarışanların məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.

Saziş KDR-nin şərqində dörd il əvvəl aktivləşmiş üsyançı qruplaşmalarla döyüş əməliyyatlarına son qoyur.


Telegram kanalımız
Seçilən
83
yenisabah.az

1Mənbələr