AZ

Məhkəmədən zinət əşyalarının oğurluq anı KAMERALARDA: Müstəntiq 80 kq sərvəti belə ÇIXARIB – VİDEO

Məhkəmədən 80 kq qızıl və gümüş oğurlayan müstəntiqin görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə Ədliyyə Nazirliyi ölkə üzrə bütün sübut anbarlarında kütləvi yoxlamalara başlayıb.

Türkiyədə məhkəmə binasından maddi sübut kimi saxlanılan külli miqdarda zinət əşyasını oğurlayan müstəntiqin görüntüləri ortaya çıxıb.

Yayılan kadrlarda onun 25 kq qızıl və 55 kq gümüş məmulatını binadan necə çıxardığı əks olunub.

Baş verən bu qalmaqallı hadisədən sonra Türkiyə Ədliyyə Nazirliyi rəsmi açıqlama yayıb.

Qurum bəyan edib ki, ölkədəki bütün maddi sübutların saxlanıldığı anbarlarda (əmanət depolarında) kütləvi və hərtərəfli yoxlamalar aparılacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
91
interpress.az

1Mənbələr