Çinli cütlüyün sarışın və mavi gözlü qızı doğulub, valideynləri şok keçiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. DNT testi şübhələrə son qoydu: Uşağın görünüşünün səbəbi nəsillər əvvələ gedib çıxır.
Çin sosial şəbəkələrində heyrətamiz bir hadisə gündəm olub. Çinli cütlüyün sarışın saçlı və mavi gözlü qız övladı dünyaya gəlib.
Uşağın xarici görünüşü valideynlərini o qədər təəccübləndirib ki, onlar əvvəlcə körpənin doğum evində dəyişdirildiyini düşünüblər.
Lakin aparılan DNT testi uşağın məhz onlara aid olduğunu sübut edib.
Məsələnin əsli sonradan üzə çıxıb. Məlum olub ki, uşağın atasının babalarından biri rus olub.
Həmin rus babadan sonra ailədə yalnız oğlan uşaqları doğulduğu üçün bu genlər gizli qalıb.
Nəsillər sonra slavyan genləri yenidən özünü büruzə verib və ailədə mavi gözlü, sarışın qız dünyaya gəlib.
Qeyd olunur ki, qeyri-adi görünüşə malik körpəyə hazırda çoxsaylı reklam təklifləri gəlir.

Xuraman Etibarlı
İnterpress.az