ain.az bildirir, Apa.az portalına istinadən.
Britaniya hökuməti dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 8 milyard funt sterlinq (10,6 milyard dollar) məbləğində vəsaiti köçürməyə hazırdır.
APA xəbər verir ki, bu barədə “The Times” qəzeti Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Birləşmiş Krallıq Qərb ölkələrinin təzminat krediti ilə bağlı vahid mövqeyə çatacağına ümid edir.
Qəzet onu da əlavə edib ki, London hələlik Rusiya aktivlərinin Ukraynaya köçürülməsini təmin edəcək müsadirəsi üçün qəti bir metod hazırlamayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.