AZ

Suriyada "Visa" ödəniş sistemi istifadəyə verilir

ABŞ-ın "Visa" şirkəti Suriya Ərəb Respublikasında ödəniş sistemini istifadəyə vermək üçün bu ölkənin Mərkəzi Bankı ilə razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Məlumata görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılması üçün yol xəritəsini təsdiqləyiblər.

"Birinci mərhələdə əsas diqqət etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun yaradılması üçün lisenziyalı maliyyə qurumları ilə işləməyə yönəldiləcək. Bura beynəlxalq standartlara uyğun ödəniş kartlarının buraxılması və rəqəmsal cüzdanların tətbiqi daxildir", - Amerika şirkəti bildirib.

Seçilən
18
3
publika.az

4Mənbələr