
Dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyaya səfəri zamanı onun təyyarəsi naməlum dronlarla təqib edilib.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin məlumat verib.
O bildirib ki, dron hücumu səfər həyata təsir göstərməyib.
İrlandiyanın "The Journal" nəşrinin məlumatına görə, hərbi dərəcəli cihazlar kimi təsnif edilən dörd dron təxminən saat 23:00-da Dublin Hava limanı yaxınlığında Zelenskinin təyyarəsinin keçəcəyi hava dəhlizinə yaxınlaşıb. Lakin təyyarə daha əvvəl gəlib və onun trayektoriyası dronların marşrutları ilə kəsişməyib.
Daşqın Həsənov
Missiya.Az