Dronlar Temryukdakı dəniz limanına və Syzrandakı neft emalı zavoduna hücum edərək obyektlərdə yanğınlara səbəb olub.
Krasnodar diyarı Əməliyyat Qərargahı dəniz limanına hücumu təsdiqləyib.
5 dekabr gecəsi ruslar yenidən naməlum dronların hücumundan şikayətləniblər. İki şəhərdə dəniz limanı və neft emalı zavoduna dronlar tərəfindən zərbələr endirilib.
Bu barədə Oxuməni.az Rusiya Telegram kanallarına istinadən məlumat verib.
Yerli vaxtla təxminən saat 00:30-da bir neçə ictimai qrup Rusiyanın Krasnodar diyarında Temryuk şəhərinə naməlum dronların hücum etdiyini bildirməyə başlayıb.
Xüsusilə, dəniz limanına zərbə endirilib və obyektin yaxınlığında yanğın baş verib. ASTRA nəçrinin məlumatına görə, hücumdan sonra yanacaq çənləri alovlanıb. Eyni zamanda, yanğının ilk görüntüləri internetdə yayılmağa başlayıb.
Əziz MUSTAFA