AZ

Tramp FIFA Sülh Mükafatını alacaq - KİV

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçiriləcək 2026-cı ilfutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirakedəcək. Mərasim çərçivəsində D.Tramp səhnəyə çıxacaq və FIFA SülhMükafatını alacaq.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti proqramcədvəlinə istinadən xəbər verib.

Məlumata əsasən, iki saatlıq tədbir D.Trampın ən sevdiyi operamüğənnilərindən biri olan Andrea Boçellinin çıxışı ilə başlayacaq,ardınca isə FİFA prezidenti Canni İnfantino tədbirdə D.Trampı SülhMükafatı laureatı kimi təqdim edəcək.

Trampın mükafatı qəbul etməsi və səhnədən nitq ilə çıxış etməsigözlənilir.

Seçilən
37
az.trend.az

1Mənbələr